Dəmir yumruq » Dünya » İran ABŞ-la danışıqlardan imtina etdi
Dünya / Bugün, 11:08

İran ABŞ-la danışıqlardan imtina etdi

 

İran hökuməti İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-la danışıqlardan imtina edib.

Axar.az xəbər verir ki, bu iddia ilə İran mediası çıxış edib.

Bildirilib ki, ABŞ-ın qeyri-real və hədsiz tələbləri, daim dəyişən mövqeyindən dolayı müvafiq qərar verilib.

Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilmiş, lakin nəticəsiz başa çatmışdı.

Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilirdi.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.