Dəmir yumruq » Dünya » İran Hörmüz boğazını açdı
Dünya / Bugün, 18:36

İran Hörmüz boğazını açdı

 

İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib. 
 
“Livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir”, - paylaşımda deyilir. 
 
Xatırladaq ki, İran Yaxın Şərqdəki son gərginlik fonunda Hörmüz boğazını gəmilərin keçidi üçün bağlamışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.