Hörmüz boğazı ticarət gəmiləri üçün açıq olmalıdır.
Demiryumruq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı Ankaranın mövqeyinin aydın olduğunu diqqətə çatdırıb:
"Əgər Hörmüz boğazının bir tərəfi İrandırsa, digər tərəfi Omandır. Hörmüz boğazı ticarət gəmiləri üçün açıq qalmalıdır".
Onun sözlərinə görə, ölkəsi Rusiya-Ukrayna müharibəsinin həlli üçün tərəflərin istəyi ilə müzakirələrin davam etdirilməsindən ötrü hər bir addımı dəstəkləməyə hazırdır.
"Bu istiqamətdə qonşularımızla əməkdaşlığa açığıq", - Ərdoğan vurğulayıb.