İsrail Müdafiə Qüvvələri (ÇAXAL) atəşkəs rejiminin başlanmasından (yerli vaxtla 17 aprel, saat 00:00) sonra da Livanın cənubunda tutduqları mövqelərdə qalacaqlar.
Demiryumruq.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Qeyd edək ki, İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunub.