Dəmir yumruq » Dünya » İsraildə strateji obyektləri İrana ötürən qadın SAXLANILDI
Dünya / Bugün, 10:57

İsraildə strateji obyektləri İrana ötürən qadın SAXLANILDI

 

İsraildə İran kəşfiyyatına işləməkdə ittiham olunan ölkə vətəndaşı saxlanılıb.

Musavat.com xəbər verir ki, İsrailin şimalındakı Nazaret şəhərindən olan qadın strateji əhəmiyyətli obyektlərin, o cümlədən Hayfada yerləşən neft emalı zavodunun görüntülərini qarşı tərəfə ötürüb.

İstintaq materiallarına görə, Şomua Abu Abed adlı şəxs hələ cari ilin mart ayında saxlanılıb.

Onun ötən ilin oktyabrından etibarən kriptovalyuta şəklində mükafat qarşılığında İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi bildirilir.

Məlumata görə, o, təkcə strateji obyektlər haqqında deyil, həm də İsrail təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı barədə məlumatları qarşı tərəfə sızdırıb.

Qeyd edək ki, "The Times of Israel" nəşrinin yazdığına görə, son 2 il ərzində İsraildə İrana casusluq etmək ittihamı ilə 50-dən çox şəxs həbs edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.