Dəmir yumruq » Dünya » İsrail İran heyətinin təyyarəsini vurmaq istəyib
Dünya / Bugün, 10:13

İsrail İran heyətinin təyyarəsini vurmaq istəyib

 

İslamabadda ABŞ nümayəndə heyəti ilə danışıqlara gedən iranlı diplomatların təyyarəsi təhlükəsizlik problemi ilə üzləşib.

Demiryumruq.az xəbər verir ki, bunu iranlı media fəalı və İslamabad danışıqlarında iştirak edən Məhəmməd Mərəndi deyib.

Mərəndi təhdidlərin səfər boyu da davam etdiyini iddia edib:

“Tehranın səfərdən əvvəl danışıqlar qrupunun yolda hədəfə alına biləcəyi barədə məlumatı var idi. Uçuş zamanı da birbaşa təhdid mesajları alınıb”.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında görüş 11 apreldə İslamabadda baş tutub. Görüş nəticəsiz başa çatıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.