Dəmir yumruq » Dünya » Türkiyə Hörmüzlə bağlı mövqeyini elan etdi
Dünya / 13-04-2026, 17:00

Türkiyə Hörmüzlə bağlı mövqeyini elan etdi

 

Həm ABŞ, həm də İran atəşkəsin vacibliyini anlayır və bu məsələdə səmimi mövqe nümayiş etdirir.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında atəşkəs məsələsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, dünya ictimaiyyətinin əsas istəyi beynəlxalq keçidin azad və maneəsiz olmasıdır:
 
“Bizim mövqeyimiz Hörmüz boğazının sülh yolu ilə açılmasıdır. Beynəlxalq sülhməramlı qüvvələrin bu məsələyə müdaxilə etməsi isə çoxsaylı çətinliklər yarada bilər”.
 
Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hörmüzün blokadasına başlandığını açıqlayıb.
 
Britaniya, Fransa və Avstraliya blokadaya qoşulmayacaqlarını bildiriblər.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.