Dəmir yumruq » Dünya » Pezeşkian: Onlar maraqlarımızı qətiyyətlə müdafiə edəcək
Dünya / 12-04-2026, 06:52

Pezeşkian: Onlar maraqlarımızı qətiyyətlə müdafiə edəcək

 

İran nümayəndə heyəti ABŞ-la danışıqlarda bizim maraqlarımızı qətiyyətlə müdafiə edəcək.
 
Demiryumruq.az xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian deyib.
 
"Pakistana gedən yüksək rütbəli İran nümayəndə heyəti var gücü ilə İranın maraqlarını əzmlə müdafiə edəcək. Hər halda bizim xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsi nə olursa olsun, hakimiyyət xalqın tərəfində möhkəm dayanır", - o bildirib.
 
Qeyd edək ki, hazırda ABŞ və İran arasında İslamabadda danışıqlar aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.