Dəmir yumruq » Dünya » Putinlə görüş üçün yer təklif etdi
Dünya / 9-04-2026, 11:14

Putinlə görüş üçün yer təklif etdi

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.  
 
Demiryumruq.az xəbər verir ki, bu barədə o, İtaliyanın RAI telekanalına müsahibəsində bildirib.
 
“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, nə Moskvada, nə də Kiyevdə. Əgər o mənimlə görüşməyə hazırdırsa, bunun üçün çox yer var”, - Zelenski deyib.
 
Onun sözlərinə görə, görüş Yaxın Şərqdə, Avropada və ya ABŞ-də baş tuta bilər. Ukrayna lideri Rusiya ilə danışıqların hazırda ABŞ-İran müharibəsi səbəbindən təxirə salındığını qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.