Dəmir yumruq » Dünya » Türkiyədə ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar da SAXLANILDI
Dünya / Bugün, 09:11

Türkiyədə ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar da SAXLANILDI

 

İstanbulda həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 14 şübhəli şəxs barəsində hüquqi proses başladılıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı 11 nəfər saxlanılıb, 2 şübhəlinin axtarışı davam edir, 1 nəfərin isə xaricdə olduğu müəyyən edilib.

İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, ictimaiyyətə tanınan bəzi məşhur simalara qarşı narkotik əməliyyatı keçirilib. Araşdırmalar nəticəsində həmin şəxslər barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.

Baş Prokurorluqdan verilən açıqlamada, ictimai sağlamlığa qarşı törədilən cinayətlərlə mübarizə çərçivəsində istintaqın qətiyyətlə davam etdirildiyi vurğulanıb.

Barəsində saxlanılma qərarı verilən şəxslər bunlardır:

  • Hafsanur Sancaktutan

  • Emir Can İğrek

  • Somer Sivrioğlu

  • Serra Pirinç

  • Ogün Alibaş

  • Utku Ünsal

  • Sinem Özenç Ünsal

  • Elif Büşra Pekin

  • Ahsen Eroğlu

  • Burak Deniz

  • Mert Demir

  • Emre (Fel) Öztürk

  • Ender Eroğlu

  • Enes Güler

İqbal RZAYEV


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.