Dəmir yumruq » Dünya » Tramp Ərdoğanla danışdı
Dünya / Bugün, 18:34

Tramp Ərdoğanla danışdı

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, liderlər dünən gecə saatlarından etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son hadisələri müzakirə ediblər.
 
Ərdoğan atəşkəs qərarından duyduğu məmnunluğu ifadə edib:
 
“Bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 gündən sonra açılan bu iki həftəlik fürsət pəncərəsi qalıcı bir sülh sazişi üçün ən yaxşı şəkildə dəyərləndirilməli, prosesin “baltalanmasına” və ya sabotaj edilməsinə imkan verilməməlidir”.
 
Bundan əlavə, Ərdoğan Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə həyata keçirilən həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini diqqətə çatdırıb.
 
Xatırladaq ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə təhlükəsi fonunda elan olunan 14 günlük atəşkəs regionda sabitliyin bərpası üçün son dövrlərin ən mühüm diplomatik nailiyyəti hesab olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.