Dəmir yumruq » Dünya » Ağ Evdən ilk - Açıqlama
Dünya / Bugün, 06:07

Ağ Evdən ilk - Açıqlama

 

"Bu, Prezident Donald Tramp və inanılmaz hərbi qüvvələrimizin həyata keçirdiyi ABŞ üçün zəfərdir”.
 
Demiryumruq.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında yazıb.
 
“Epik qəzəb” əməliyyatının başlanğıcında Prezident Tramp bu əməliyyatın 4-6 həftə davam edəcəyini proqnozlaşdırmışdı. Lakin döyüşçülərimizin möhtəşəm bacarıqları sayəsində əsas hərbi məqsədlərimizi 38 gündə əldə etmiş və hətta onları aşmışıq”, - o qeyd edib.
 
Levitt bildirib ki, daha ətraflı məlumatı sabah səhər saatlarında müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn təqdim edəcək:
 
“Hərbi uğurumuz maksimum təsir gücü yaratdı, bu da Prezident Tramp və komandaya çətin danışıqlara girməyə imkan verdi, nəticədə diplomatik həll və uzunmüddətli sülh üçün yol açıldı.
 
Əlavə olaraq, Prezident Tramp Hörmüz boğazını yenidən açdırdı”, - Ağ Ev rəsmisi vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.