Dəmir yumruq » Dünya » “Qatarla səfərlərdən çəkinin!” - İsraildən iranlılara xəbərdarlıq!
Dünya / 7-04-2026, 10:21

“Qatarla səfərlərdən çəkinin!” - İsraildən iranlılara xəbərdarlıq!

 

İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb.  

“Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerli vaxtla saat 21:00-a qədər İranın hər yerində qatarla səfərlərdən və səyahətdən çəkinməyi xahiş edirik. Qatarlarda və ya dəmir yollarının yaxınlığında olmaq həyatınız üçün təhlükəlidir”, - paylaşımda deyilir. 

Bəyanatda xəbərdarlığın təfərrüatı açıqlanmasa da, bunun mümkün hücumlarla bağlı olduğu güman edilir. 


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.