Dəmir yumruq » Dünya » İran Trampın ultimatumunu rədd etdi
Dünya / Bugün, 09:18

İran Trampın ultimatumunu rədd etdi

 

İran Trampın ultimatumuna əməl etməyəcək və Hörmüz boğazını açmayacaq.

Demiryumruq.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, İran ABŞ prezidenti Donald Trampın 8 aprel Bakı vaxtı ilə saat 5:00-də başa çatacaq Hörmüz boğazını açmaq tələbinə təslim olmayacaq.

Qeyd edilib ki, Tramp İranla razılaşma üçün iki dəfə son tarix təyin edib, bildirib ki, Tehran tələbə əməl etməsə, ölkəyə daha dəhşətli zərbələr endiriləcək.

"İndi ABŞ vitse-prezidenti J.D. Vensdən tutmuş Yaxın Şərqin yüksək vəzifəli kəşfiyyat rəsmilərinə qədər hər kəs son addım - atəşkəs üçün çalışarkən, İran rəsmiləri vasitəçilərə eyni vəziyyətin təkrarlanacağını gözlədiklərini bildirirlər", - jurnal yazır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.