Dəmir yumruq » Dünya » Rus ordusu Xarkovu vurdu: ölənlər və yaralılar var
Dünya / Bugün, 21:49

Rus ordusu Xarkovu vurdu: ölənlər və yaralılar var

 

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə PUA-larla hücum edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram hesabında məlumat yayıb.
 
O qeyd edib ki, PUA-lardan birinin mərkəzi küçələrdən birinə düşməsi nəticəsində iki nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hücum nəticəsində bir neçə avtomobil yanıb, iki tibb məntəqəsinə ziyan dəyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.