Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə PUA-larla hücum edib.
Demiryumruq.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram hesabında məlumat yayıb.
O qeyd edib ki, PUA-lardan birinin mərkəzi küçələrdən birinə düşməsi nəticəsində iki nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hücum nəticəsində bir neçə avtomobil yanıb, iki tibb məntəqəsinə ziyan dəyib.