Dəmir yumruq » Dünya » Putin Ərdoğanla danışdı
Dünya / Bugün, 19:47

Putin Ərdoğanla danışdı

 

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
 
Demiryumruq.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml mətbuat xidməti yayıb.
 
***
Məlumata görə, dövlət başçıları xüsusilə İran ətrafında gərginliyin artmasını və bu vəziyyətin enerji sektoru üçün yaratdığı mənfi nəticələri müzakirə ediblər.
 
Liderlər Yaxın Şərqdəki qeyri-sabitlikdən narahatlıqlarını ifadə edərək, regionda tezliklə atəşkəsin əldə olunmasının zəruriliyini vurğulayıblar.
 
Görüş zamanı Rusiya-Türkiyə münasibətlərinin həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib. Ukrayna ətrafındakı vəziyyət müzakirə olunarkən Putin danışıqlar prosesinə verdiyi davamlı vasitəçilik dəstəyinə görə Ərdoğana təşəkkürünü bildirib.
 
Bundan əlavə, aprelin 3-də Rusiya tərəfi Ukraynanın “Türk axını” qaz kəmərinə hücumu cəhdləri ilə bağlı rəsmi mövqeyini Türkiyəyə çatdırıb. Səfirliyin məlumatına görə, Moskvanın bu məsələdəki qətiyyətli mövqeyi Türkiyə tərəfindən anlayışla qarşılanıb. Rusiya Ukrayna Silahlı Qüvvələrinin strateji qaz kəmərlərinə yönəlmiş hücumlarını kəskin pisləyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.