NATO-nun baş katibi Mark Rutte İran müharibəsindən bəri ilk dəfə gələn həftə ABŞ-a səfər edəcək.
Musavat.com Reuters agentliyinə istinadən xəbər verir ki, məlumatı NATO-nun sözçüsü Alison Hart açıqlayıb:
"NATO-nun baş katibi Mark Ruttenin gələn həftə ABŞ-a səfər edəcəyini təsdiqləyə bilərəm".
Hart səfərin "çoxdan planlaşdırıldığını" vurğulayıb.
Ruttenin səfəri ABŞ prezidenti Donald Trampın blokun İranla müharibəyə girməkdən imtina etməsindən sonra ABŞ-ın NATO-ya üzvlüyünün bütün aspektlərini nəzərdən keçirmək niyyətində olduğu barədə xəbərlərdən sonra elan edilib.