İran gecə saatlarında Körfəz ölkələrinə hücumları davam etdirib.
KONKRET.az xəbər verir ki, Küveytin Energetika Nazirliyi bildirib ki, atəş nəticəsində elektrik stansiyası və duzsuzlaşdırma qurğusunda yerləşən xidməti bina zərər görüb. Hadisə zamanı hindistanlı bir fəhlənin həyatını itirdiyi qeyd olunub.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi isə ölkənin hava hücumundan müdafiə sistemlərinin beş ballistik raketi uğurla zərərsizləşdirdiyini açıqlayıb.
Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Bəhreyn, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də yeni pilotsuz uçuş aparatları və raket hücumlarına məruz qalıb. Bildirilir ki, bu hücumların qarşısı alınıb və raketlər havada məhv edilib.
Müşviq Tofiqoğlu