Dəmir yumruq » Dünya » TƏCİLİ: İran gecə ilə bu ölkələri bombalamağa başlayıb
Dünya / Dün, 08:42

TƏCİLİ: İran gecə ilə bu ölkələri bombalamağa başlayıb

 

İran gecə saatlarında Körfəz ölkələrinə hücumları davam etdirib.

KONKRET.az xəbər verir ki, Küveytin Energetika Nazirliyi bildirib ki, atəş nəticəsində elektrik stansiyası və duzsuzlaşdırma qurğusunda yerləşən xidməti bina zərər görüb. Hadisə zamanı hindistanlı bir fəhlənin həyatını itirdiyi qeyd olunub.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi isə ölkənin hava hücumundan müdafiə sistemlərinin beş ballistik raketi uğurla zərərsizləşdirdiyini açıqlayıb.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Bəhreyn, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də yeni pilotsuz uçuş aparatları və raket hücumlarına məruz qalıb. Bildirilir ki, bu hücumların qarşısı alınıb və raketlər havada məhv edilib.

Müşviq Tofiqoğlu


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.