Dəmir yumruq » Dünya » Hazırda İran hər hansı danışıqlar aparmır – Əraqçi
Dünya / Bugün, 08:34

Hazırda İran hər hansı danışıqlar aparmır – Əraqçi

 

İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir.

Demiryumruq.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəiflədiyini göstərir.

“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edirdilərsə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, – deyə o vurğulayıb.

Nazir əlavə edib ki, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər.

“Zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxarır”, – deyə Əraqçi qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.