Dəmir yumruq » Dünya » İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır
Dünya / Bugün, 08:17

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

 

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Demiryumruq.az "Report"a istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Deputat Məhəmmədreza Rezayi Kuçi bildirib ki, parlament İranın Hörmüz boğazı üzərindəki suverenliyinin, nəzarətinin və idarəsinin rəsmi şəkildə təsbit edilməsi, eləcə də rüsumların yığılması hesabına gəlir mənbəyinin yaradılması planını irəli sürür.

"Bu tamamilə təbiidir: eynilə yüklərin digər dəhlizlərdən keçidi zamanı tranzit rüsumlarının ödənildiyi kimi. Hörmüz boğazı da belə bir dəhlizdir, biz onun təhlükəsizliyini təmin edirik və təbiidir ki, gəmilər və neft tankerləri bu cür rüsumları ödəməlidirlər", - o qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.