Dəmir yumruq » Dünya » "Netanyahu ABŞ-dən narahatdır”
Dünya / 25-03-2026, 16:39

"Netanyahu ABŞ-dən narahatdır”

 

"İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin yəhudi dövlətinin təhlükəsizlik maraqlarını nəzərə almadan İranla saziş bağlaya biləcəyindən ehtiyat edir”. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail mənbələrinə istinadən məlumat yayıb. 
 
Bildirilir ki, İsrail rəhbərliyi ABŞ-nin danışıqlarda ciddi güzəştlərə gedə biləcəyindən narahatdır. Bura həmçinin İsrailin İran ərazisinə zərbələr endirmə imkanlarının məhdudlaşdırılması da daxildir. Ümumilikdə İsrailin hərbi-siyasi rəhbərliyi sülh yolu ilə tənzimləmə perspektivlərinə skeptik yanaşır. Onlar hesab edirlər ki, İran ABŞ-nin ondan tələb etdiyi kompromislərə getməyəcək.
 
Qeyd edək ki, ötən gün Pakistanın Baş naziri Şəhbaz Şərif ölkəsinin ABŞ ilə İran arasındakı münaqişənin tənzimlənməsinə vasitəçilik etməyə hazır olduğunu bildirib. Bundan sonra isə ABŞ-nin Pakistan vasitəsilə İrana 15 bəndlik plan təqdim etdiyi barədə xəbər yayılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.