Dəmir yumruq » Dünya » ABŞ reyncerləri, “gecə ovçuları”nı göndərdi - Hücum başlayır!
Dünya / Bugün, 08:51

ABŞ reyncerləri, “gecə ovçuları”nı göndərdi - Hücum başlayır!

 

ABŞ lokal quru əməliyyata aktiv hazırlıq aparır.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, hazırda ABŞ hərbi-nəqliyyat təyyarələrinin kəskin aktivliyi müşahidə olunur, aşağıda adları keçən elit piyada briqadalar Yaxın Şərqə yollanır:

- Corciya ştatı, Fort Stüart bazası. 18-ci hava-desant korpusuna daxil olan 3 piyada diviziyası. Bu diviziya sürətli reaksiya qüvvələrinə aiddir.

- Şimali Karolina ştatı, Breqq bazası: "Delta", "Yaşıl beretlilər", 82-ci hava-desant diviziyası və 75-ci reyncerlər alayı. Xüsusi əməliyyat qüvvələri.

- Kentukki ştatı, Fort Kempbell bazası: 101-ci hava-hücum diviziyası, xüsusi təyinatlı əməliyyatları dəstəkləyən 160-cı aviasiya alayı ("Gecə ovçuları").

“Trampın "danışıqlar" barədə bəyanatına gəlincə, bir məqamı xatırlamaq yerinə düşər: son dəfə "danışıqlar" barədə bəyanat veriləndə Əli Xamenei vurulmuşdu. Bu tipli bəyanatları boş verin, danışıqlara hazırlaşan tərəf elit piyada briqadalarını regiona göndərmir”, - o qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.