Dəmir yumruq » Dünya » İran “düşmən olmayan” gəmilərin Hörmüz Boğazından keçidinə icazə verəcək
Dünya / Bugün, 08:39

İran “düşmən olmayan” gəmilərin Hörmüz Boğazından keçidinə icazə verəcək

 

İran bildirib ki, “düşmən olmayan gəmilər” Hörmüz Boğazından təhlükəsizlik tələblərinə riayət etməklə və səlahiyyətli orqanlarla koordinasiya şəraitində keçə biləcəklər.

Demiryumruq.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Dəniz Təşkilatına göndərilib.

Sənəddə qeyd olunur ki, söhbət İrana qarşı aqressiv hərəkətlərdə iştirak etməyən və ya onları dəstəkləməyən gəmilərdən gedir. Bu şərtlər yerinə yetirildikdə, həmin gəmilərin boğazdan təhlükəsiz keçidi təmin olunacaq.

Beynəlxalq Dəniz Təşkilatından bildirilib ki, bazar günü tarixli komyunikeni İran Xarici İşlər Nazirliyi hazırlayıb və üzv dövlətlər və qeyri-hökumət təşkilatları arasında yayılması xahiş olunub. Təşkilat artıq sənədin məzmununu aid tərəflərə çatdırıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.