Dəmir yumruq » Dünya » ABŞ-ın F-35 qırıcısının pilotu İran üzərində yaralanıb
Dünya / Bugün, 07:57

ABŞ-ın F-35 qırıcısının pilotu İran üzərində yaralanıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil “stealth” F-35A Lightning II qırıcısını idarə edən pilot İran hava məkanında döyüş tapşırığı zamanı yaralanıb. Bu barədə mənbələrə istinadən Air & Space Forces Magazine məlumat yayıb.

Məlumata görə, pilot martın 19-da İran üzərində həyata keçirilən əməliyyat zamanı təyyarə zədələndikdən sonra qəlpə yaraları alıb. Ehtimal olunur ki, qırıcı yerüstü zenit raketi ilə vurulub.

Military Watch Magazine isə qeyd edib ki, İranın mərkəzi hissəsində fəaliyyət göstərən F-35 yaxın mənzilli mobil zenit-raket kompleksi “Majid” tərəfindən vurulmuş ola bilər.

Bundan bir gün əvvəl Tehran ABŞ-a məxsus F-35 qırıcısının vurulduğunu açıqlamışdı. ABŞ Mərkəzi Komandanlığı isə insidentin baş verdiyini təsdiqləsə də, təyyarənin təhlükəsiz şəkildə hərbi bazalardan birinə eniş etdiyini bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.