Üç il ərzində süni intellekt (Sİ) modelləri üçün hesablama gücü Yer kürəsində olduğundan daha səmərəli şəkildə kosmosda yerləşdiriləcək.
Demiryumruq.az xəbər verir ki, bu barədə “Tesla” və “SpeysX” şirkətlərinin rəhbəri İlon Mask bildirib.
"Mən həqiqətən inanıram ki, kosmosda yerləşdirilən süni intellekt gücünün dəyəri Yer kürəsindəki süni intellektdən daha ucuz olacaq. İnanıram ki, cəmi iki-üç il ərzində süni intellekt çiplərinin kosmosa göndərilməsi onları Yer kürəsində quraşdırmaqdan daha ucuz olacaq, çünki kosmosda çoxlu batareyaya ehtiyacınız yoxdur, hava həmişə günəşlidir", - Mask qeyd edib.
Mask həmçinin vurğulayıb ki, günəş panellərinin kosmosdakı səmərəliliyi Yer kürəsindəkindən ən azı beş dəfə yüksəkdir, çünki atmosfer vasitəsilə günəş işığı itkisi və nəzərə alınmalı gündüz/gecə dövrləri və ya mövsümi dəyişikliklər yoxdur. Yer üzündə elektrik enerjisi tutumunun artırılması zamanla getdikcə çətinləşəcək və bahalaşacaq, kosmosda isə daha ucuz və asan olacaq.