Dəmir yumruq » Dünya » Patriarx II İliya ilə vida mərasimi keçirilir - Fotolar
Dünya / Bugün, 12:49

Patriarx II İliya ilə vida mərasimi keçirilir - Fotolar

 

Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.
 
Demiryumruq.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə şəxs səhər saatlarından mərkəzi küçələrə toplanıb.
 
Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. 
 
Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da daxildir.
 
Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.
 
Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.