ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Holloman Hava Qüvvələri bazasında silahlı hücum baş verib.
Demiryumruq.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Alamoqordo bölgəsindəki baza yerli vaxtla 17:30-da ətrafdakı hücum xəbərdarlığı səbəbindən təcrid edilib. Rəsmi açıqlamada bazanın təhlükəsiz olduğu bildirilib. Qurbanların adları və digər detallar açıqlanmayıb.