Dəmir yumruq » Dünya » SEPAH Laricaninin qisasını belə aldı
Dünya / Bugün, 08:23

SEPAH Laricaninin qisasını belə aldı

 

“Gerçək vəd 4” əməliyyatının 61-ci dalğası nəticəsində İsraildə 230-dan çox insan həlak olub və yaralanıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Qəddar İsrail rejiminin vəhşiliklərinin mərkəzi olan Təl-Əviv şəhid Əli Laricani və yoldaşlarının qisası olaraq “Gerçək vəd 4” əməliyyatının 61-ci dalğası zamanı “Xürrəmşəhr-4”, “Qədr”, “İmad” və “Xeybərşekan” raketləri ilə vurulub”, - məlumatda deyilib.

Qeyd olunub ki, bu əməliyyatda “Xürrəmşəhr-4” və “Qədr” raketləri İsrail rejiminin çoxsəviyyəli və ultra-modern hava hücumundan müdafiə sisteminin məhv edilməsi sayəsində İsrailin mərkəzində 100-dən çox hərbi və təhlükəsizlik hədəfinə müdaxiləsiz zərbə endirib:

“SEPAH Aerokosmik Qüvvələrinin bu sürətli hücumundan sonra Təl-Əvivin bir hissəsində elektrik enerjisi kəsilib və bu da ölkə daxilindəki qüvvələrin vəziyyəti nəzarətdə saxlamasını və yardım göstərməsini çətinləşdirib. İlkin hesablamalara görə, İsraildə 230-dan çox ölü və yaralı var”.

Qeyd edək ki, İsrailin ötən gün Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hava zərbələri nəticəsində öldürdüyü təsdiqlənib. Ə.Larivani ilə birgə oğlu, müavini və bir neçə mühafizəçisinin də öldüyü bildirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.