Dəmir yumruq » Dünya » Ermənistanın yeni Konstitusiyası hazırlandı
Dünya / Bugün, 10:19

Ermənistanın yeni Konstitusiyası hazırlandı

 

“Ermənistanın yeni Konstitusiya layihəsinin yeni mətni artıq hazırdır”.

Demiryumruq.azglobalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan deyib.

Nazir yeni mətnin hakim Mülki Müqavilə Partiyasının idarə heyətinin iclasında müzakirə olunacağını bildirib:“Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi mətn hazırdır. Amma hələlik nəşr olunub yayımlanması ilə bağlı bir məlumat yoxdur. Çünki mətnin Mülki Müqaviləsi Partiyasının idarə heyətinin iclası və parlament fraksiyasında müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.