İran PUA-ları Dubay Beynəlxalq Hava Limanına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Dubay Beynəlxalq Hava Limanı yaxınlığında pilotsuz təyyarə hadisəsi yanacaq çəninə zərər vurub. Mülki müdafiə qrupları yanğını nəzarət altına almaq üçün çalışır. Xəsarət alanlar barədə məlumat verilməyib.
Dubay Mülki Aviasiya İdarəsi sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbiri olaraq hava limanında uçuşların müvəqqəti dayandırıldığını elan edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir.