Dəmir yumruq » Dünya » İsrail Livanda quru əməliyyatlarına başladı
Dünya / Bugün, 07:44

İsrail Livanda quru əməliyyatlarına başladı

 

İsrail ordusu Hizbullaha qarşı Livanda quru əməliyyatlarına başlayıb.


Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha qarşı məhdud quru əməliyyatlarına başlayıb.

İsrail Müdafiə Qüvvələri qoşunların əraziyə yeridilməsindən əvvəl “təhdidləri aradan qaldırmaq” üçün kütləvi hava hücumları və artilleriya atəşi həyata keçirdiyini bildirib.

Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı qətiyyətlə hərəkət edəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.