Dəmir yumruq » Dünya » Çin Yaponiyanı HƏDƏLƏDİ: "Təhlükəsizliyimiz pozularsa..."
Dünya / Bugün, 09:50

Çin Yaponiyanı HƏDƏLƏDİ: "Təhlükəsizliyimiz pozularsa..."

 

"Yaponiya Çinin suverenliyini və təhlükəsizliyini pozarsa, bu ölkəyə zərbələr endirəcəyik".
 
Demiryumruq.az xəbər verir ki, bunu Çinin Müdafiə Nazirliyinin rəsmisi Tszyan Bin nazirliyin saytında bəyan edib.
 
"Yaponiya qonşu ölkələrin sahil ərazilərini əhatə edən təxminən min kilometr mənzilli raketlər yerləşdirməyə başlayıb.
 
Tokio milli təhlükəsizlik sənədlərinə yenidən baxmaq və nüvə silahı olmadan müdafiənin üç prinsipini dəyişdirmək də daxil olmaqla, hərbiləşdirməni sürətləndirmək üçün bir neçə cəhd edib.
 
Raketlərin yerləşdirilməsi Yaponiyanın özünümüdafiə siyasəti ilə bağlı iddialarından imtina etdiyini göstərir.
 
Biz Yaponiya tərəfini xəbərdar edirik ki, hərbi militarizmin köhnə yoluna qayıtmaq yalnız özünüməhvə aparır. Əgər Yaponiya Çinin suverenliyini və təhlükəsizliyini güclə pozmağa cürət etsə, məhvedici məğlubiyyətə uğrayacaq", - deyə nazirliyin rəsmisi bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.