Bölgədə artan regional gərginlik fonunda hava və raketdən müdafiə tədbirlərinin gücləndirilməsi çərçivəsində NATO “Patriot” raketdən müdafiə sistemi Malatya şəhərində yerləşdirilib.
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sistem Türkiyə hava məkanını qorumağa kömək etmək məqsədilə əməliyyat hazırlığı vəziyyətinə gətirilir.
Bu məsələ ilə bağlı NATO və müttəfiq ölkələrlə sıx koordinasiya aparılır. Türkiyə regional sabitliyin qorunması istiqamətində çalışaraq vəziyyətin inkişafını izləməyə davam edəcək”, – məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün İrandan Türkiyəyə növbəti dəfə raket atılıb./axaraz