Dəmir yumruq » Dünya » BƏƏ elan etdi: İrana qarşı müharibəyə qoşulmaq...
Dünya / Bugün, 18:01

BƏƏ elan etdi: İrana qarşı müharibəyə qoşulmaq...

 

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki müharibə zamanı tamamilə əsassız hərəkətlərin hədəfinə çevrilib.
 
Demiryumruq.az xəbər verir ki, bu sözləri BƏƏ-nin BMT-nin Cenevrə ofisindəki səfiri Camal əl-Müşaraq deyib.
 
“Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı heç bir hücumda iştirak etməyəcək. Biz dəfələrlə bəyan etmişik və regionda baş verən cari hadisələri nəzərə alaraq təkrar edirik: BƏƏ ərazimizdən İrana hücumlarda iştirak etməyəcək və belə bir münaqişəyə cəlb olunmayacaq”, - o bildirib.
 
Qeyd edək ki, ötən gün İsrail mediası BƏƏ-nin İranda duzsuzlaşdırma zavoduna zərbə endirdiyi haqda məlumat yaymışdı. BƏƏ bu məlumatı təkzib etdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.