Dəmir yumruq » Dünya » SEPAH-dan XƏBƏRDARLIQ:Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik
Dünya / Bugün, 10:16

SEPAH-dan XƏBƏRDARLIQ:Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik

 

ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.


Bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.

Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.

“Onların gəlməsini gözləyirik”, – Naini deyib.

Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb.(“Fars”)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.