Yayılan peyk görüntüləri göstərir ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Yaxın Şərqdə yerləşən bir sıra ABŞ hərbi obyektlərinin rabitə və radar infrastrukturuna ciddi ziyan vurub.
Demiryumruq.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Peyk görüntüləri göstərir ki, İranın raket və pilotsuz uçuş aparatı zərbələri Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, Yaxın Şərqdəki bir neçə ABŞ hərbi obyektinin rabitə və radar infrastrukturuna zərər dəyib.
Vurulan əsas məntəqələr arasında ABŞ-ın Bəhreyndəki 5-ci Donanmasının qərargahı, Qətərdəki Əl-Udeid hava bazası, Küveytdəki "Camp Arifjan" və "Ali Al Salem" bazaları, Səudiyyə Ərəbistanındakı "Prince Sultan" hava bazası və BƏƏ-dəki qurğular yer alır.


