ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatın miqyası 2003-cü ildəki İraq müharibəsini geridə qoyub. General Bred Kuper bildirib ki, əməliyyatın ilk zərbəsi İraqda həyata keçirilən ilk əməliyatdan iki dəfə daha böyük olub.
Musavat.com bildirir ki, komandanlığın açıqladığı əsas faktlar və əldə olunan nəticələr aşağıdakı kimidir.
Texnoloji qisas: ABŞ İranın pilotsuz uçuş aparatlarını (PUA) elektron mübarizə üsulları ilə ələ keçirib, onları proqram səviyyəsində təkmilləşdirərək yenidən İranın hərbi hədəflərinə qarşı istifadə edib.
Hərbi dəniz itkiləri: Əməliyyat çərçivəsində İranın 17 gəmisi, o cümlədən 2025-ci ildə suya salınmış ən müasir "Şəhid Bakri" helikopter və dron daşıyıcısı, həmçinin sualtı qayığı batırılıb.
Hava üstünlüyü: ABŞ və İsrail İran səmasında tam hava üstünlüyünü təmin edib. Hücumlarda B-2, B-1 və B-52 strateji bombardmançıları iştirak edir.
İdarəetmənin iflici: İran ordusunun komanda-idarəetmə zəncirinin böyük hissəsi artıq məhv edilib və ya tamamilə sıradan çıxarılıb.
Əsas hədəf: Hazırda koalisiya qüvvələrinin əsas diqqəti İranın mobil raket buraxılış qurğularının aşkarlanaraq məhv edilməsinə yönəlib.
Bred Kuperin sözlərinə görə, əməliyyatın gedişatı nəzərdə tutulan qrafiki qabaqlayır və İranın hərbi infrastrukturu bərpaolunmaz dərəcədə zərər görüb.