Dəmir yumruq » Dünya » Çin bəyanat yaydı: Xameneiyə qarşı sui-qəsd...
Dünya / Bugün, 15:32

Çin bəyanat yaydı: Xameneiyə qarşı sui-qəsd...

 

Əli Xameneiyə qarşı hücum və sui-qəsd İranın suverenliyi və təhlükəsizliyinin, eləcə də BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq münasibətlərin fundamental normalarının pozulmasıdır.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
“Çin bu hərəkətə qəti şəkildə qarşı çıxır və pisləyir. Yaxın Şərqdə və dünyada sülhü, sabitliyi qorumaq üçün hərbi əməliyyatların dərhal dayandırılmasına və gərginliyin daha da artmasının qarşısının alınmasına çağırırıq”, - bəyanatda bildirilib.
 
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.