Dəmir yumruq » Dünya » Netanyahu bunkerdə toplantı keçirdi
Dünya / Bugün, 16:07

Netanyahu bunkerdə toplantı keçirdi

 

İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumdan sonra yeraltı bunkerdə ölkənin Müdafiə Nazirliyi və təhlükəsizlik rəsmiləri ilə görüş keçirir.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Kan dövlət televiziyasının məlumatına görə, Netanyahu İsrailin İrana qarşı hücum əməliyyatını “Şir nərəsi” adlandırıb.
 
Qeyd edək ki, bu gün İsrail ABŞ ilə birlikdə İrana qabaqlayıcı zərbə endirib.
 
***
 
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı başladılan hərbi əməliyyatdan sonra yüksək rütbəli hərbçilər və kəşfiyyat rəsmiləri ilə keçirdiyi toplantı başa çatıb.
 
İclasda Müdafiə Nazirliyinin rəhbərliyi və kəşfiyyat qurumlarının təmsilçiləri iştirak ediblər.
 
Toplantının detalları açıqlanmayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.