Dəmir yumruq » Dünya » İran Yaxın Şərqdəki ABŞ bazalarını vurdu
Dünya / Bugün, 16:02

İran Yaxın Şərqdəki ABŞ bazalarını vurdu

 

İran ordusu Yaxın Şərqdə yerləşən dörd Amerika hərbi bazasına raket zərbələri endirib.
 
Demiryumruq.az “Fars” agentliyinə istinadən xəbər verir ki, hədəf alınan obyektlər arasında Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazası, BƏƏ-dəki “Əl-Dəfra” və Küveytdəki “Əl-Salim” hava bazaları var.
 
Məlumata görə, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının Təmir Mərkəzinə də zərbə endirilib.
 
Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan etmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.