Xəbər lenti
Dəmir yumruq » Dünya » Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır
Dünya / 24-02-2026, 08:20

Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır

 

Böyük Britaniya Ukraynaya sonradan göndərilməsi nəzərdə tutulan çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərlik qərargah formalaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti rəsmi saytında yaydığı bəyanatda məlumat verib.

Bəyanatda bildirilir ki, “Ukrayna üçün çoxmillətli qüvvələr çərçivəsində artıq 70 nəfərdən ibarət qərargah fəaliyyət göstərir, Britaniya qoşunlarının hazırlığı isə hökumət tərəfindən 200 milyon funt sterlinq həcmində maliyyələşdirilir”.

Məumata görə, görülən tədbirlər Ukrayna ətrafında təhlükəsizlik vəziyyətinin mümkün inkişaf ssenariləri nəzərə alınmaqla həyata keçirilir. Rəsmi London bu mərhələdə qoşunların göndərilməsi ilə bağlı konkret tarix və ya qərar açıqlamayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.