Dəmir yumruq » Dünya » Zelenskidən Trampa sərt cavab: "Müharibəni başladan mən deyiləm"
Dünya / Bugün, 09:31

Zelenskidən Trampa sərt cavab: "Müharibəni başladan mən deyiləm"

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Üçüncü Dünya müharibəsini başlatdığını iddia edib. 

"Cebheinfo.az" xəbər verir ki, Zelenski Britaniyanın ictimai yayımçısı BBC-nin xarici xəbərlər redaktoru Ceremi Bouenə müsahibə verib. 

Rusiya Prezidenti Vladimir Putinin Üçüncü Dünya müharibəsini başlatdığını deyən Zelenski Rusiyaya verilə biləcək tək cavabın intensiv hərbi və iqtisadi təzyiq olduğunu deyib. 

"Sual budur ki, nə qədər ərazi ələ keçirə biləcək və biz onu necə dayandıracağıq?" , – deyən Zelenski əlavə edib: 

"Rusiya dünyaya fərqli bir həyat tərzi diqtə etmək və insanların öz seçdikləri həyatı dəyişdirmək istəyir". 

Zelenski Rusiyanın Xerson və Zaporojyenin cənub bölgələrindən daha çox ərazi tələb etməsi ilə bağlı suala belə cavab verib:

"Mən buna fərqli baxıram. Bunu sadəcə torpaq kimi görmürəm. Bunu bir imtina olaraq görürəm. Mövqelərimizi zəiflətmək, orada yaşayan yüz minlərlə insanımızı taleyin ümidinə buraxmaq. Mən belə görürəm. Əminəm ki, bu "geri çəkilmə" cəmiyyətimizi bölər". 

Zelenski çıxışını belə davam etdirib: 

"Ehtimal ki, bu, bir müddət onu qane edər. Onun fasiləyə ehtiyacı var. Avropalı tərəfdaşlarımız bunun üç-beş il çəkə biləcəyini deyirlər, məncə, ən çoxu bir neçə ilə toparlana bilər. Sonra hara gedər? Bilmirik, amma müharibəni davam etdirmək istəyəcəyi bir reallıqdır". 

Zelenski deyib ki, bu gün Putini dayandırmaq və Ukraynanı işğal etməsinə mane olmaq bütün dünya üçün qələbədir: 

“Çünki Putin Ukraynada dayanmayacaq". Ukrayna Prezidenti Putinin müharibəni öz istəyi ilə bitirib-bitirməyəcəyi sualına isə belə cavab verib: "Həm bəli, həm də xeyr. Görəcəyik. İstəmir, amma istəməməsi etməyəcəyi mənasına gəlmir. Tanrı köməyimiz olsun. Uğur qazanacağıq. Təşəkkür edirəm".

Zelenski ABŞ Prezidenti Donald Trampın onu diktatorluqda və müharibəni başlatmaqda ittiham etməsinə də cavab verib: "Trampın iddialarının əksinə, mən diktator deyiləm və müharibəni mən başlatmadım".

Ukrayna ilə bağlı ABŞ təhlükəsizlik zəmanətlərində təkcə prezidentin deyil, Konqresin də razılığının zəruri olduğunu vurğulayan Zelenski "Prezidentlər dəyişir, amma təsisatlar qalır", - deyə əlavə edib. 

Nigar Hacılı 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.