Dəmir yumruq » Dünya » "İrana hücumu nəzərdən keçirirəm” - Tramp
Dünya / Bugün, 18:47

"İrana hücumu nəzərdən keçirirəm” - Tramp

 

ABŞ Prezident Donald Tramp Ağ Evdə qubernatorlarla görüşdən əvvəl verdiyi bəyanatda İrana qarşı hərbi güc tətbiqinin masada olduğunu açıq şəkildə ifadə edib.
 
DEMİRYUMRUQ.AZ xəbər verir ki, Tramp İrana qarşı “məhdud zərbə” endirmək ehtimalı ilə bağlı suala özünəməxsus cavab verib:
 
“Bu ehtimalı nəzərdən keçirdiyimi deyə bilərəm”.
 
Prezident həmçinin jurnalistlərə açıqlamasında Tehranın nüvə sazişi üçün cəmi 10-15 gün vaxtının qaldığını təkrar edib. O, bunun “maksimum müddət” olduğunu vurğulayaraq, ya bir razılaşmanın əldə olunacağını, ya da İran üçün “çox uğursuz hadisələrin” baş verəcəyini qeyd edib.
 
Xatırladaq ki, Cenevrədə keçirilən danışıqlarda İran sanksiyaların ləğvi müqabilində zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya göndərməyi və zənginləşdirməni 3 il müddətinə dayandırmağı təklif etsə də, Tramp administrasiyası nüvə proqramının tamamilə və birdəfəlik ləğvini tələb edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.