Dəmir yumruq » Dünya » Fransa prezidenti Ermənistana gəlir
Dünya / Bugün, 09:10

Fransa prezidenti Ermənistana gəlir

 

Fransa prezidenti Emmanuel Makron mayın 4-də ikigünlük səfərlə Ermənistana gələcək.

Demiryumruq.az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Emmanuel Makron sonuncu dəfə İrəvana 8 il əvvəl, yəni 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etmək üçün gəlmişdi. Buna qədər isə Fransa prezidentləri Ermənistana 4 dəfə səfər ediblər: Jak Şirak 2006-cı ildə, Nikola Sarkozi 2011-ci ildə, Fransua Olland isə 2014 və 2015-ci illərdə.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.