Dəmir yumruq » Dünya » Göyərtəsində 4 nəfər olan helikopter itib
Dünya / Bugün, 09:04

Göyərtəsində 4 nəfər olan helikopter itib

 

Rusiyanın Amur bölgəsində göyərtəsində 4 nəfər olan Robinson helikopteri yoxa çıxıb.

Demiryumruq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, helikopter Amur bölgəsində Amaranka kəndi yaxınlığındakı ağac kəsmə sahəsindən havaya qalxdıqdan sonra radarlardan itib, onunla əlaqə kəsilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi bildirib ki, helikopterdə dörd nəfər olub və onların taleyi məlum deyil: "Romnı bələdiyyə rayonunda Amaranka kəndindən 130 km məsafədə yerləşən ağac kəsmə sahəsindən qalxan helikopter yolda yoxa çıxıb. İlkin məlumata görə, göyərtədə dörd nəfər olub. Helikopterin yeri hələ də məlum deyil".

Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə əməliyyat qrupu, axtarış-xilasetmə qrupunun üzvləri və üç qar arabası və bir pilotsuz uçuş aparatı da daxil olmaqla 42 nəfər və 14 texnikadan ibarət aeromobil qrupu axtarış-xilasetmə əməliyyatları aparmaq üçün Blaqoveşçenskdən hadisə yerinə yola düşüb.

Hüquq-mühafizə orqanları İnterfaks agentliyinə bildiriblər ki, helikopter fərdi şəxsə məxsusdur. İtkin düşmüş helikopterlə bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (yol hərəkəti təhlükəsizliyi və nəqliyyat istismarı qaydalarının pozulması) ilə cinayət işi açılıb.

Blaqoveşçensk Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinə riayət olunması ilə bağlı yoxlamaya başlayıb.

Xatırladaq ki, 7 yanvarda Perm diyarında göyərtəsində iki nəfərin olduğu şəxsi helikopter qəzaya uğrayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.