Dəmir yumruq » Dünya » Ukrayna Pskovdakı yanacaq anbarını da vurdu
Dünya / Dün, 08:58

Ukrayna Pskovdakı yanacaq anbarını da vurdu

 

Ukrayna ötən gecə Rusiyada daha bir yanacaq anbarına uğurlu zərbə endirib.

Demiryumruq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna dronları Pskov vilayətinin Velikiye Luki neft anbarını vurub, anbarda yanğın başlayıb.

Vilayətin qubernatoru Mixail Vedernikovun açıqladığı məlumata görə, yanğın neft çənlərindən birində başlayıb və genişlənib.

Qubernator heç kimin xəsarət almadığını bildirir.

Qeyd edək ki, bu həftə ərzində Ukrayna Rusiyada 5-ə yaxın yanacaq anbarına uğurlu zərbələr endirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.