Dəmir yumruq » Dünya » İran üzərindən uçuşlar dayandırılır – Təhlükə elan edildi
Dünya / 13-02-2026, 09:07

İran üzərindən uçuşlar dayandırılır – Təhlükə elan edildi

 

Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.

Demiryumruq.az xəbər verir ki, bu barədə Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanının (European Union Aviation Safety Agency - EASA) yaydığı açıqlamada deyilir.

Qurum bildirib ki, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq.

EASA qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.