Dəmir yumruq » Dünya » İran Ermənistanla strateji sənəd İMZALAYACAQ
Dünya / 12-02-2026, 08:17

İran Ermənistanla strateji sənəd İMZALAYACAQ

 

Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.

Bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.

Onun sözlərinə görə, tərəflər tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

O, münasibətlərin yetkinlik mərhələsinə çatdığını və liderlər arasında etimadın əsas amil olaraq qaldığını vurğulayıb.

Diplomat həmçinin Cənubi Qafqazda sabitliyin əsası kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.